İdlibdə silah anbarında partlayış baş verib

İdlibdə silah anbarında partlayış baş verib
24 İyl 2025 18:15

Suriyanın İdlib bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

News365.az “Anadolu”-ya istinadən xəbər verir ki, partlayış silah-sursat anbarında baş verib.

Suriya Mülki Müdafiə təşkilatı dağıntılar altında qalanların olduğunu və ölü sayının artacağını bildirib.

SANA xəbər agentliyi 140 nəfərin yaralandığını xəbər verib.

Ard-arda baş verə partlayışların xilasetmə tədbirlərinə mane olduğu qeyd olunub.

Hadisənin baş vermə səbəbləri məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada