Hüquqi dövlət kağızda yox, real əsaslarla qurulur - Asim Mollazadə

Hüquqi dövlət kağızda yox, real əsaslarla qurulur - Asim Mollazadə
14:57

Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi ilə bağlı son illərdə atılan addımlar artıq praktiki nəticələrini göstərir. 

Milli Məclisin deputatı Asim Mollazadə News365.az-a açıqlamasında bildirib ki, ölkədə hüquqi dövlət konsepsiyası formal sənəd olmaqdan çıxaraq real idarəetmə modelinə çevrilir.

Deputatın sözlərinə görə, bu istiqamətdə aparılan islahatların mərkəzində vətəndaşların hüquqlarını qoruyan, ədalətin təmininə xidmət edən müasir hüquq sistemi dayanır:

“Burada söhbət yalnız qanunların qəbulu və yenilənməsindən getmir. Əsas məsələ həmin qanunların işlək mexanizmlərlə icrasıdır. Azərbaycanda məhz bu sahədə institusional dayanıqlıq gücləndirilir.”

Asim Mollazadə vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatları və vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılır. Onun fikrincə, görülən işlər həm insan hüquqlarının qorunmasını gücləndirir, həm də hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyinin təmin edilməsinə xidmət edir.

Deputat əlavə edib ki, aparılan yeniliklər cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasına, vətəndaşların hüquqi maarifliliyinin artmasına da mühüm təsir göstərir:

“Bu proses yalnız hüquq sisteminin deyil, bütövlükdə dövlət idarəçiliyinin keyfiyyətinin yüksəlməsinə təkan verir.”


Sizin reklam burada
Sizin reklam burada