Hesablama Palatasının sədri: VERGİ ELASTİKLİYİ ARTACAQ

Hesablama Palatasının sədri: VERGİ ELASTİKLİYİ ARTACAQ
13:14

Bəzi mənbələr üzrə vergi elastikliyi artacaq.

News365.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılıb, qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulub, 1 mənbənin həcmi dəyişməz saxlanıb və 1 mənbə üzrə proqnoz nəzərdə tutulmayıb: “Təhlillər göstərir ki, növbəti ildə Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların bəzi mənbələri üzrə proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə isə vergi elastikliyi artacaq”.

Hesablama Palatasının sədri qeyd edib ki, 2026-cı ilin xərcləri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” , o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” kimi strateji proqramları əhatə edir: “Strategiyada müəyyən edilmiş makrohədəflərin əsasən təmin ediləcəyi gözlənilir. Belə ki, proqnozlara əsasən qeyri-neft məhsullarının ixracını təmin edən iki sahə üzrə - kənd təsərrüfatı və qeyri-neft sənayesi hədəflər qismən yerinə yetiriləcək. Növbəti ildən dövlət adından yaradılan publik hüquqi şəxslərə və müvafiq müəssisələrə dövlət büdcəsindən ödənişlərin xəzinənin müşayiəti ilə aparılması nəzərdə tutulur. Bu, vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarəti gücləndirəcək”.


Sizin reklam burada
Sizin reklam burada