“Hər iki tərəf həm qalib, həm də məğlub olub” - Fikrət Sadıqov

“Hər iki tərəf həm qalib, həm də məğlub olub” - Fikrət Sadıqov
12:56

 “Hər iki tərəf həm qalib, həm də məğlub olub” 

Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən son qarşıdurmalarda hər iki tərəf həm qələbə çaldığını düşünür, həm də ciddi itkilər verib:

“Bir xarici ekspert çox maraqlı bir fikir səsləndirmişdi: 'Hər iki tərəf həm udub, həm də uduzub'. Bu, olduqca diqqətçəkən yanaşmadır. Hər bir tərəf özünü qalib hesab edir. Amma reallıq budur ki, tərəflər həm də ciddi dağıntılar, təlafatlar, insan itkiləri və infrastruktur zərərləri ilə üzləşiblər”.

Politoloq bildirib ki, Amerika tərəfinin hava zərbələri nəticəsində müəyyən strateji obyektlər vurulub:

“Əgər Amerika bombalayıbsa, təbii ki, dağıntıların olması qaçılmazdır. Amma bu zərbələrin hədəfə tam çatıb-çatmadığı sual altındadır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Grossi də müsahibəsində qeyd edib ki, biz tam əmin deyilik. Zərbələr ağır olub, ancaq İranın nüvə proqramına dəyən ziyan və onun bərpa imkanları hələlik bəlli deyil”.

Sadıqovun fikrincə, bu mərhələdə vəziyyətə obyektiv və ehtiyatla yanaşmaq lazımdır:

“Biz hələ dəqiq deyə bilmərik ki, İran nüvə proqramını hansı səviyyədə davam etdirə biləcək. Çünki bunun üçün beynəlxalq müfəttişlər yerində təhlil aparmalı və nəticə çıxarmalıdırlar. Mövcud situasiyada reallığı düzgün qiymətləndirmək lazımdır”


Sizin reklam burada
Sizin reklam burada