Rusiyada cərrahlar növbəti dəfə qəhrəmanlıq göstərərk mürəkkəb əməliyyat həyata keçiriblər. Akademik E.N Meşalkin adına Milli Tibbi Araşdırmalar Mərkəzinin həkimləri Primorsk diyarından olan nəhəng ürək şişi yaranmış bir qızı xilas ediblər.
Bu barədə yerli media tibb müəssisəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Həkimlərin sözlərinə görə, üç aylıq xəstədə şiş adi ultrasəs müayinəsi zamanı aşkar edilib. Müayinə ürəyin həcminin üç dəfə artdığını göstərib. Mütəxəssislərin fikrincə, adətən ağır ürək çatışmazlığına səbəb olan anadangəlmə patoloji problemli körpədə yalnız kiçik ürək ritm pozğunluqları olur. Amma indiki halda bu uşağın vəziyyəti pisləşməyə başladığı üçün həkimlər təcili əməliyyata qərar veriblər.
Müdaxilənin mürəkkəbliyi ondan ibarət olub ki, MRT, KT və digər müayinələr ürəkdəki formalaşmanın dəqiq sərhədləri, həmçinin həkimlərin zədələməməli olduğu damarların yeri haqqında məlumat təqdime də bilmir.
Uşaq açıq ürək əməliyyatı keçirib, cərrahlar orqana təhlükəsiz giriş tapa biliblər və formalaşmanın görünən hissəsini çıxarıblar.
"Biz ilk dəfə idi ki, bu qədər kiçik ürəkdən belə bir böyük miqdarda toxuma çıxarmalı olduq. Şişin ölçüsü böyük idi, toxunanda daş kimi, və görünməmiş halda idi. Biz arzuolunmaz halalra da hazır idik. Lakin bu qədər böyük həcmli toxumanı götürdükdən sonra mədəcikdə zəifləmə və əməliyyatdan sonrakı dövrdə xoşagəlməz nəticə riski ilə qarşılaşmadıq", - ürək cərrahı Yuriy Kulyabin deyib.
Histoloji müayinə şişin xoşxassəli olduğunu göstərib. Həkimlərin sözlərinə görə, hazırda balaca qız özünü yaxşı hiss edir. Çox güman ki, bu onun yeganə əməliyyatı olacaq,bundan sonra orqana daha çox müdaxilə tələb olunmayacaq.
Yerli media körpəni "daş" ürəkli adlandırıb.
Tural