"Həkimlərin reklam edilməsi qadağan edilməlidir" - Deputatdan təklif

"Həkimlərin reklam edilməsi qadağan edilməlidir" - Deputatdan təklif
03 Fev 2025 12:33

"Həkimin reklam edilməsi ölkəmizdə qadağan edilməlidir".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Musa Quliyev deyib

“Həkimin reklam edilməsi dünyanın heç yerində yoxdur. Bu, həkim etikasının pozulmasıdır. Xüsusən də, tv şoularında mədə kiçiltmə və s. kimi estetik əməliyyatlar üçün reklamlar edilir. Bəzən vətəndaşlar da səhv yönəlir”. 

O təklif edib ki, “Reklam haqqında” qanuna dəyişiklik edilsin, normalar müəyyən edilsin, həkimin şəxsən reklam edilməsi bütün dünyada olduğu kimi bizdə də qadağan edilsin. 


Sizin reklam burada
Sizin reklam burada