Həcc ziyarətinə sənəd qəbulu davam edir

Həcc ziyarətinə sənəd qəbulu davam edir
17 Fev 2025 12:24

Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək.

News365.az xəbər verir ki, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.

      O bildirib ki, kvotanın dəqiq sayı dəqiq təyin edilməyib: "Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub. Ona görə vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.


      Sizin reklam burada
      Sizin reklam burada