Həbs edilən “Prius”un sürücüsündən XƏBƏR VAR

Həbs edilən “Prius”un sürücüsündən XƏBƏR VAR
10:00

Ali Məhkəmədə avtomobillə qəza törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Süleyman Bağırovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kasassiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

Bizim.Media xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü il dekabrın 12-də Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Belə ki, S.Bağırovun “Yango” proqramı üzrə taksi kimi sürdüyü avtomobil Zığ yolunda “Tata” markalı evakuatora çırpılıb. Nəticədə “Toyota Prius”dakı sərnişin, ön oturacaqda əyləşmiş 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə aldığı xəsarətlərdən 3 saylı Klinik Xəstəxanada ölüb.

Onunla birgə taksidə olan digər iki xanım sərnişin isə xəsarət alıb. Məlum olub ki, qəzaya düşən qadınlar gözəllik salonunda birgə çalışıb və hadisə vaxtı taksi ilə Mərdəkandan Əhmədliyə gedirmiş. Hadisədən sonra əraziyə FHN əməkdaşları gəlib və Ramilə Əlizadəni ağır vəziyyətdə əzilmiş maşından çıxarıblar.

Suraxanı Rayon Məhkəməsi S.Bağırovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib.


Sizin reklam burada
Sizin reklam burada