Hakan Fidan suriyalı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib

Hakan Fidan suriyalı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib
16 İyl 2025 21:00

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.

News365.az xəbər verir ki, nazir Fidan danışıq zamanı İsrailin Suriyanın cənubunu və Dəməşqi hədəf alan hücumları narahatlıq doğurduğunu qeyd edib.

Onun sözlərinə görə, regional təhlükəsizliyi və Suriyada sabitliyin bərqərar olma səyləri təhdid edən müdaxilələrə dərhal son qoyulmalıdır.


Sizin reklam burada
Sizin reklam burada