Haaqa NATO-ya niyə ev sahibliyi edir?- TƏHLİL

Haaqa NATO-ya niyə ev sahibliyi edir?- TƏHLİL
09:31
Haaqa uzun illər boyu beynəlxalq hüquq və ədalətin paytaxtı kimi tanınıb. Burada müharibə cinayətkarları mühakimə olunub, hüququn aliliyi prinsipinə əsaslanaraq cəzalandırılıb. Lakin bu gün Haaqa tarixində ilk dəfə olaraq hərbi blok NATO-nun sammitinə ev sahibliyi edir.
1949-cu ildə yaradılan və soyuq müharibə dövründə Avropanın qoruyucu qalxanı statusu qazanan NATO, sonrakı onilliklər ərzində birbaşa və ya dolayı yolla saysız-hesabsız münaqişələrə cəlb olunub, ölkələr bombalanıb, insan hüquqları pozulub. SSRİ-nin süqutundan sonra isə bu hərbi blok yaranmış boşluqdan istifadə edərək sərhədlərini bir neçə mərhələdə genişləndirdi və öz təsir dairəsini daha da dərinləşdirdi.
Bu gün beynəlxalq hüququn rəmzi olan Haaqa şəhərində NATO liderləri təşkilatın strateji formatını dəyişdirə, müharibələrə son qoyacaq təşəbbüslərlə çıxış edə, daha ədalətli və hüquq əsaslı beynəlxalq nizamın qurulması üçün real iradə ortaya qoya bilərdilər. Bəli, bilərdilər.
Lakin sammitin əsas gündəmində sülh yox, hərbi xərclərin artırılması yer aldı. Daha konkret, NATO ölkələri ÜDM-in 5%-nə qədərini müdafiəyə xərcləməklə bağlı qərar qəbul edirlər. Yəni silahlanmaya yeni bir forsaj verilir özüdə beynəlxalq hüququn paytaxtında.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada