“Gürcüstandakı
son hadisələrə düzgün yanaşmalıyıq”.
Bunu News365.az-a müsahibəsində tanınmış ziyalı Vaqif
Qarayev deyib. O, əlavə edib ki, oğrunun milli mənsubiyyəti olmur:
“Narkomanın
milli mənsubiyyəti olmur! Gürcü mətbuatında az qala hər həftə ölkənin müxtəlif
bölgələrində kriminal aləmlə bağlı olanlara qarşı reydlər haqqında məlumatlar
paylaşılır...hər dəfə kifayət qədər həbs olunanlar var. Yəni belə reydlər təkcə
soydaşlarımız yaşayan bölgədə olmur. Qabal kəndindəki hadisə ilə bağlı nə qədər
insan həbs olunub. Bu qədər təsadüf olmaz. Mən hökuməti müdafiə etmək fikrində
deyiləm. Amma anlamaq olmur gənclər arasında oğru dünyasına bu qədər sevda
hardandı?
Bizim təhsildə
müvəffəqiyyət qazanan gənclərimiz var orda. Deməli, təhsildə irəli getmək olur.
Yetər ki, ailədə düz yol seçilsin”.
News365.az