Yay aylarının gəlməsi ilə günəş şüalarından qorunmaq üçün fərqli üsullara üstünlük verilir. Bəzi insanlar ənənəvi günəş kremlərini seçsə də, kimyəvi tərkibdən ehtiyat edənlər alternativ yollar axtarır. Onlardan biri də bitki tərkibli yağlardır.
Türkiyə mütəxəssislərinə görə bəzi vətəndaşlar günəş kremi əvəzinə bitki mənşəli yağlardan istifadə etməyə üstünlük verirlər. Bu yağlar təkcə günəşdən qorumaqla kifayətlənmir, eyni zamanda dərinin sağlam şəkildə bronzlaşmasına da yardımçı olur.
Bu yağlar arasında xüsusilə havuç yağı, badam yağı, kakao yağı, Hindistan qozu yağı və susam yağına diqqət çəkib:
“Günəşlənəcək və ya dənizə girəcək şəxslərə tövsiyəmiz bu tamamilə bitki mənşəli yağlardan istifadə etmələridir. Lakin vətəndaşlar istifadə etdikləri məhsulların həqiqətən də təbii və bitkisel olmasına diqqət yetirməlidirlər. Bu yağlar, ölçünü aşmamaq şərti ilə həm günəşdən qoruyucu, həm də bronzlaşdırıcı olaraq istifadə edilə bilər”, - deyə mütəxəssislər bildirir.