Göyərtəsinə "bomba" qoyulan təyyarə Küveytə eniş etdi

Göyərtəsinə "bomba" qoyulan təyyarə Küveytə eniş etdi
08 İyn 2025 19:45

Küveytin hüquq-mühafizə orqanları Bəhreynin “Gulf Air” aviaşirkətinə məxsus təyyarəyə bomba qoyulması barədə məlumat alıb.


News365.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya İdarəsi məlumat yayıb.


Təyyarə təhlükəsiz şəkildə Küveytə eniş edib, bütün sərnişinlər təxliyə olunub.


Polis əməkdaşları təyyarəyə baxış keçirsə də, orada hər hansı partlayıcı qurğu tapılmayıb.


“Yalan məlumat verən şəxslər saxlanılıb, onlarla bağlı tədbir görülüb”, - deyə bildirilir.


Sizin reklam burada
Sizin reklam burada