Gimnastlarımızın İspaniyada qazandığı növbəti medallar

Gimnastlarımızın İspaniyada qazandığı növbəti medallar
07 İyl 2024 15:03

Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.

News365.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.

Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.


Youtube kanalımız

Oxşar xəbərlər