G7-nin İran-İsrail bəyanatı – Tramp niyə imzalamadı?

G7-nin İran-İsrail bəyanatı – Tramp niyə imzalamadı?
16 İyn 2025 20:45

ABŞ Prezidenti Donald Tramp G7 liderlərinin Kanadada hazırladığı İsrail və İran arasında gərginliyin azaldılmasına çağıran birgə bəyanatı imzalamaq niyyətində deyil.


News365.az xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.


Halbuki Avropa rəsmiləri tərəfindən hazırlanan bəyanat layihəsində İsrailin özünümüdafiə hüququ olduğu və İranın nüvə silahı əldə edə bilməyəcəyi vurğulanır.


Ağ Ev sözçüsü Trampın birgə bəyanatla bağlı planları barədə suala cavabında deyib:


“Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün işləməyə davam edəcək”.



Sizin reklam burada
Sizin reklam burada