Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınmış rusiyalı Moskvaya deportasiya adı altında başqa məqsədlər üçün göndərilib. O, Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun həyatına qəsd etmək üçün gəlib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) mətbuat xidməti məlumat yayıb.
FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi dəqiqləşdirib ki, saxlanılan Ukrayna Təhlükəsizlik Xidməti (SBU) agenti 2020-ci ildən Ukraynada yaşayırmış. O, bu ilin noyabrında Ukraynadan Rusiyaya Moldova və Gürcüstandan tranzitlə gəlib.
Qurumdan verilən məlumatda qeyd edilib ki, terror aktının qarşısı hazırlıq mərhələsində alınıb.
Qeyd edək ki, rusiyalı yüksək rütbəli hərbçilərə qarşı digər sui-qəsdlərin hazırlanmasında iştirak edən şəxs və daha üç nəfər saxlanılıb.
Tural