FSB rusları azərbaycanlılardan fərqli saxlayır -ƏMƏLİYYAT VİDEOSU

FSB rusları azərbaycanlılardan fərqli saxlayır -ƏMƏLİYYAT VİDEOSU
02 İyl 2025 13:00

Rusiyanın güc strukturları bu dəfə Ukraynanın Krım bölgəsindən(Hazırda Rusiya işğalındadır-red.) olan yerli sakinə qarşı xüsusi əməliyyat keçiriblər. Yayılan görüntülərdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarının mülki şəxsi yolda saxlaması, daha sonra onu ev şəraitində, mətbəxdə hansısa sənədlərlə tanış etməsi əks olunub. Bir neçə gündür azərbaycanlılara qarşı keçirilən əməliyyatlardan fərqli olaraq təhlükəli əməllərdə şübhəli bilinən yerli sakinə qarşı normal münasibət bəslənilib.

FSB-nin Krım və Sevastopol üzrə İdarəsinin yaydığı məlumatda deyilir ki, saxlanılan şəxs Kerç sakini olub. O, Telegram messencerində Kremldəki prezident iqamətgahında pilotsuz uçan aparatlardan istifadə etməklə terror aktı törətməyə haqq qazandıran paylaşımlara görə saxlanılıb. 

Yerli media yazır ki, həmin şəxs statusunda qadağan olunmuş məzmunu yerləşdirmək üçün xüsusi təxəllüsdən istifadə edib. Lakin onun şəxsiyyəti müəyyən edilə bilib. Linqvistik ekspertiza mətndə terrorizmə bəraət qazandıran əlamətlərin olmasını təsdiqləyib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi). Axtarış zamanı şübhəli şəxsdən kompüter avadanlığı götürülüb.

Həmin şəxsə qarşı cinayət işi açılıb. Onu günahı sübut ediləcəyi təqdirdə, maksimum yeddi il həbs cəzası gözləyir.



Tural


Sizin reklam burada
Sizin reklam burada