Fransanın Ermənistana nüvə tullantısı daşıması yalandır - France 24

Fransanın Ermənistana nüvə tullantısı daşıması yalandır - France 24
24 İyl 2025 15:38

Fransız telekanalı France 24 Ermənistanın nüvə tullantılarını gizli şəkildə ölkəyə daşıması barədə yayılan yalan məlumatları qəti şəkildə təkzib edib. Telekanalın müxbiri Katrin Maqşon de Abqo açıqlamasında bildirib ki, bu saxta məlumatlar 25 iyun tarixində yayımlanıb və sosial şəbəkələrdə sürətlə geniş yayılıb. X platformasında təkcə həmin paylaşım 2,1 milyon dəfə baxılıb.

News365.az-ın məlumatına görə,  Fransanın nüvə sahəsində fəaliyyət göstərən Orano şirkətinin Ermənistanda yeni nüvə tullantıları anbarı qurduğu və Baş nazir Nikol Paşinyanın 1,6 milyon avro “ianə” qarşılığında milli parkda torpaq sahəsi verdiyi iddia olunurdu. Həmçinin, xəbərlə əlaqəli təqdim olunan videonun jurnalistika standartlarına uyğun olmadığı vurğulanıb.

France 24 müxbiri qeyd edib ki, bu saxta məlumatlar “Courriere France 24” adlı saxta fransızdilli saytda dərc olunub. Sayt 2025-ci ilin iyun ayında yaradılıb və onun Peru ölkəsindən idarə edildiyi aşkarlanıb. TF1 kanalının süni intellekt alətləri ilə apardığı araşdırmada saytın bütün mətnlərinin süni intellekt tərəfindən hazırlandığı təsdiqlənib. Saytda France 24 və digər tanınmış media qurumlarının adlarından icazəsiz istifadə olunub.

Müxbir həmçinin bu kampaniyanın arxasında koordinasiya olunmuş dezinformasiya hərəkatı olduğunu vurğulayıb. Rusiyapərəst qurumların saxta saytlar vasitəsilə yalan məlumatları yaydığı, eyni zamanda “Yaşıl Ermənistan” QHT-nin saxta versiyasının da bu kampaniyada istifadə olunduğu bildirilib. Saxta məlumatlar Azərbaycanın bəzi KİV və media orqanlarında da geniş yayılıb.

France 24-ün müxbiri yekun olaraq bu məlumatların həm Fransaya, həm də Ermənistana qarşı yönəlmiş koordinasiya olunmuş dezinformasiya kampaniyasının tərkib hissəsi olduğunu vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada