Fransa səfiri İran XİN-ə çağırıldı: Buna görə etiraz edildi

Fransa səfiri İran XİN-ə çağırıldı: Buna görə etiraz edildi
13 Yan 2025 23:16

Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.


News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.


Bəqai bildirib ki, səfirlə görüşdə Fransanın terrorizmi dəstəkləməkdən imtina etməsi barədə çağırış edilib.


Onun sözlərinə görə, terrorçuları dəstəkləməkdən imtina etmək məcburi beynəlxalq hüquqi öhdəlikdir.


O əlavə edib ki, bu məsələdə ikili standartlar qanunsuzluğa səbəb olacaq.


Qeyd edək ki, Fransa “Xalq Mücahidləri” təşkilatının toplantısına ev sahibliyi etmək qərarı verib. İran bu təşkilatı terrorçu hesab edir.


Youtube kanalımız