Fransa ilə Ermənistan arasındakı silah sövdələşməsinin perspektivi yoxdur- Elnur Allahverdiyev

Fransa ilə Ermənistan arasındakı silah sövdələşməsinin perspektivi yoxdur- Elnur Allahverdiyev
24 Okt 2023 19:15

"Fransanın Ermənistana silah satması və ya verməsi məsələsi xeyli müddətdir müzakirə mövzusu idi. Fransanın ayrı-ayrı siyasət adamları, deputatları hökuməti Ermənistana "müdafiə məqsədi" ilə silah verməyə çağırırdılar. Dünən biz çoxdandır anons edilən bu sövdələşmənin nəticəsini gördük, cəmi 3 radar və gələcəkdə "Mistral" raketlərinin alışına dair müqavilə".

Bunu New365.az-a açıqlamasında Millət vəkili Elnur Allahverdiyev deyib.O bildirib ki, bu qədər səs-küydən sonra cəmi 3 radar təbii ki, Yerevanın gözləntilərini əks etdirmir:

"Mən ümumiyyətlə, Fransa ilə Ermənistan arasındakı silah sövdələşməsinin ciddi perspektivinin olduğunu düşünmürəm. Ermənistanın hava məkanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən qorunur, sərhədləri Rusiyanın nəzarətindədir. Belə bir reallıqda NATO dövlətinin verdiyi silahı Ermənistanın  necə istifadə edəcəyi müəmmalıdır. 

Digər tərəfdən, Fransa atdığı ardıcıl addımlarla Ermənistanda möhkəmlənmək və Rusiyanı buradan çıxarmaq məqsədi güdür. Ancaq onun bu addımları həm də regional vəziyyətə mənfi təsir edir. Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaması şəraitində Yerevana silah verməsi bölgədə sabitliyi silkələməyə yönəlmiş məqsədyönlü aksiyadır. Bu baxımdan, Yerevandakılar vəziyyəti ayıq başla dəyərləndirə bilsələr, anlayardılar ki, ayaq altında özləri qalacaq. Fransa 3 radarla Ermənistanın müdafiə qabiliyyətini artırmır, özünün geosiyasi gözləntilərini təmin edir".

New365.az


Sizin reklam burada
Sizin reklam burada