Evdə doğuş edən qadının ölüm səbəbi - Açıqlandı

Evdə doğuş edən qadının ölüm səbəbi - Açıqlandı
21 Mar 2025 12:56

Cəlilabadda qadın doğuşdan sonra ölüb.   

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) News365.az-a bildirilib ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib. 

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib".

  Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.  Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”, -TƏBİB-in məlumatında bildirilib.


Sizin reklam burada
Sizin reklam burada