Ermənistanda 3,1 bal gücündə zəlzələ olub.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ötən gecə Qafan şəhərindən 16 km şimal-şərqdə baş verib. Yeraltı təkanların episentri
Azərbaycanda yerləşib. Episentrdə yeraltı təkanların gücü 4 bal olub. Zəlzələ Qafanda 2-3 bal gücündə hiss olunub.