Ermənistanda siyasətçinin ailəsini yandırmaq istəyənləri tapa bilmirlər

Ermənistanda siyasətçinin ailəsini yandırmaq istəyənləri tapa bilmirlər
12:30

İrəvan Şəhər Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Sona Aqekyanın “Facebook” sosial şəbəkəsində diqqət çəkən paylaşım edib. O, bir neçə gün əvvəl İrəvan meriyasının “Ana Ermənistan” fraksiyasının üzvü Gevorq Stepanyanın ailəsinə məxsus avtomobilin evin qarşısında yandırılmasından danışıb.

Siyasətçi iddia edib ki, bu cinayət təsadüfdən yaranmayıb: "İnsidentin birbaşa siyasi əsasları var və bu təkcə şuranın seçilmiş üzvünə deyil, həm də demokratiyaya, söz azadlığına və siyasi mübarizə hüququna birbaşa zərbə vurur".

Aqekyan deyib ki, ölkə gündəminə çevrilmiş qalmaqallı yanğınla bağlı cəmi bir nəfərin saxlanıldığı bildirilsə da, bu əslində mütəşəkkil cinayətdir və terror aktının üstü açılmamış qalır: "Sifarişçilər hələ də kölgədə qalırlar, onların  adları gizlədilir, bu cür vəziyyət isə təhlükə ilə doludur. Cəzasızlıq və susqunluq imtiyaz halına gəlir. Yəni terror aktı azyaşlı uşağın yataq otağının pəncərəsinin yaxınında rahat şəkildə həyata keçirilə və sifarişçilər də cəzasız qala bilərlər... Mən aydın və kəskin şəkildə tələblərimi ortaya qoyuram. Birincisi, avtomobilin yandırılmasına görə məsuliyyət daşıyanlar tam ifşa edilməlidirlər. Siyasi və ya inzibati himayə olmadan onların kim olmasını ictimaiyyətə göstərin, qanuna uyğun tədbirlər görün.

Üstəlik, bu cinayət bir şəxsin və ya bir qrupun təhlükəsizliyinə aid hadisə deyil. Bu, siyasi müxalifətin haqlarını və fəalların təhlükəsizliyini sual altına qoyur. Bu gün məlum insidentə sussaq, sabah hökuməti tənqid etməyə cəsarət edən hər bir vətəndaşın növbəsi gələ bilər”.

Tural


Sizin reklam burada
Sizin reklam burada