"Təbii ki, Ermənistanda Rusiya yönümlü siyasətçilər və müxalif qüvvələr mövcuddur. Onların ən əsas fiqurlarından biri isə Köçəryandır. O, Medvedev Konfransında çıxış edərək Ermənistanı nə iqtisadi, nə də siyasi baxımdan düzgün yolda aparmayan Paşinyanı sərt tənqid edib."
Politoloq Sultan Zahidov bunu News365.az-a deyib.
"Paşinyan hakimiyyətə gələndən bəri dövlətin borcu 5 milyard dollar artıb, lakin o, buna baxmayaraq, Avropa İttifaqına doğru irəliləmək istəyir. Ancaq bu yol səhvdir, çünki Avropa İttifaqı dağılmaq üzrədir, Rusiya isə inkişaf edir.
"Hazırkı vəziyyət elə formalaşıb ki, müxalifətə sanki Rusiyanın tərəfini tutmaq üçün siqnal verilib və onlar hakimiyyət uğrunda mübarizəyə başlaya bilərlər. Köçəryanın “Moskva həmişə İrəvanı müdafiə edib və bir növ çətir rolunu oynayıb, Ermənistanın yolu Rusiya yoludur” deməsi isə çox məqamdan xəbər verir. Siyasi şərhçilər bildirirlər ki, Rusiya Ermənistana son xəbərdarlığını edir. Kreml, Avropa İttifaqının mülki missiyasının sərhəddə istədiyi kimi hərəkət etməsinə göz yummayacaq."