Ermənistanda məşhur supermarket yanır

Ermənistanda məşhur supermarket yanır
12:02

Ermənistanın paytaxtı İrəvanda yerləşən “Yerevan City” supermarketində yanğın baş verib.

News365.az-ın Ermənistan mənbələrinə istinadən bildirdiyinə görə, hadisə Komitas prospektində yerləşən mağazada qeydə alınıb. Məlumat verilir ki, yanğına müdaxilə etmək üçün Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin İrəvan Şəhər Xilasetmə İdarəsindən dörd yanğınsöndürmə briqadası və xüsusi nərdivanlı avtomobil əraziyə göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mağazanın tüstü içində qaldığı görünür. Hadisənin səbəbləri araşdırılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada