Xəbər verdiyimiz kimi noyabrın 11-dən
etibarən Bakıda BMT-nin iqlim konfransı COP29 keçirilir. Konfransın ilk günündən
Azərbaycan ciddi çağırışlar edib, qətiyyətli mövqe göstərir. Açılış mərasimində
çıxış edən Azərbaycan prezidenti İlham Əliyev mümkün qədər çox ölkəni Bakıda
COP29-u boykot etməyə çağıran tənqidçilərə açıq şəkildə ifşa edib.
“Azərbaycan COP29-a ev sahibliyi edən ölkə
seçilən kimi hədəfə çevrildi. Bu isə ölkəmizə qarşı yaxşı təşkil olunmuş, yaxşı
əlaqələndirilmiş qarayaxma kampaniyası idi. Təəssüf ki, ikili standartlar, digər
ölkələrdə mühazirələr oxumaq vərdişi və siyasi riyakarlıq bəzi Qərb ölkələrində
bəzi siyasətçilərin, dövlətin nəzarətində olan QHT-lərin və media orqanlarının
saxta xəbərlər hazırlamaq üçün müəyyən edilmiş iş üsuluna çevrilib. Son mesajım
bir ilə yaxındır ki, boykotu təbliğ edən o dairələrə ünvanlanıb. Onlar Bakıda
COP29-a qarşı boykot kampaniyası aparmaq üçün əllərində olan hər vasitədən
istifadə edirlər. Onlara pis xəbərim var: 196 ölkədən 72 min qeydiyyatdan
keçmiş iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş
nazir var.”
Təbii ki, Azərbaycan Prezidentinin
açıq və qətiyyətli çıxışı Beynəlxalq aləmdə məmnunluqla qarşılanıb. Əksər
ekspertlər İlham Əliyevin fikirlərini zamanın tezisi kimi səciyyələndirib.
News365.az xəbər verir ki, Beynəlxalq
ekspert Aleksandr Razuvayev deyir ki, İlham Əliyev kifayət qədər riskli addım
atdı:
“O, Qərb dövlətlərini və hətta qlobal
Qərb strukturlarını Qərb rəsmilərini çirkli, ədalətsiz siyasət yürütməkdə
ittiham etdi. Bu ədalətli dünya üçün çox ciddi çağırışdır. Bakı, necə deyərlər,
Bakı COP29-da Qərbi hamının qarşısında öz yerinə qoydu, bu, çox dəyərlidir və
hörmətə layiqdir”.
Aleksandr Razuvayev əlavə edib ki, Bakıda
keçirilən iqlim konfransında yüksək vəzifəli şəxslərdən biri Ermənistan
Respublikasını təmsil etsəydi, heç nə baş verməzdi:
“Üstəlik, Ermənistan əsl sülhsevər
addım və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa hazır olduğunu nümayiş
etdirərdi. Və özünü qlobal tendensiyaların iştirakçısı kimi göstərəcəkdi. Amma, Ermənistan şansı qaçırtdı”.
News365.az