Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun dondurmalarının idxalına müvəqqəti qadağa qoyub.
News365.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
“Qida təhlükəsizliyi müfəttişliyi orqanı rəhbərinin qərarı ilə iyulun 2-dən etibarən Rusiyanın “Əsl Dondurma Zavodu” MMC-nin istehsal etdiyi dondurmanın Ermənistana idxalı müvəqqəti olaraq qadağan edilib”, - məlumatda bildirilir.