Ermənistan parlamentinin sədri Alen Simonyan “Russia Today” media qurumunun baş redaktoru Marqarita Simonyanı sərt və təhqiramiz ifadələrlə hədəfə alıb.
News365.az xəbər verir ki, o, Rusiya mediasının tanınmış simasını "iyrənc varlıq" adlandırıb.
“Daha bir iyrənc varlıq bu gün Rusiyada fəaliyyət göstərsə də, daim ölkəmizin suveren işlərinə burnunu soxur. Erməni köklərinə istinad edir, amma Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsi yoxdur – sadəcə soyadının sonunda ‘yan’ var,” – deyə Alen Simonyan bildirib.
Spiker qeyd edib ki, Marqarita Simonyan Ermənistan rəhbərliyini təhqir edir, ölkədə mitinqlərə çağırır, hakimiyyətin devrilməsini istəyir və eyni zamanda, xalqı və dövləti hədələyərək dezinformasiyalar yayır.
Alen Simonyan bu cür çıxışların Ermənistana qarşı aparılan “hibrid müharibənin” tərkib hissəsi olduğunu vurğulayıb.