Rusiyada maraqlı hadisə baş verib. Kirov vilayətində 46 yaşlı yerli sakin sevgilisinin başına tava ilə vurduğu üçün ağır cəza alıb. İnsident zamanı o, bıçaqdan da istifadə edib. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Hadisə 2024-cü il avqustun 17-də axşam saatlarında Kamski kəndinin Naberejnaya küçəsindəki binalardan birində baş verib. "46 yaşlı qadın spirtli içki qəbul etdikdən sonra yaranan münaqişə zamanı partnyorunun başına tava ilə vurub, daha sonra qoluna və bədəninə bir neçə bıçaq zərbəsi vurub",- məlumatda qeyd edilib.
Zərərçəkmiş bədən xəsarətləri alıb. Hücum edən şəxs əvvəllər müəyyən cinayətlərə görə iki dəfə - Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 və 115-ci maddələri ilə məhkum edilib və cəzasını koloniyada çəkib.
Məhkəmə qadını Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116.1-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan cinayəti törətdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayəti hökmü qüvvədə saxlayıb. Qadın məhkəmə zalında nəzarətə götürülüb, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Tural