Ən çox axtarılan cinayətkarlardan biri saxlanılıb

Ən çox axtarılan cinayətkarlardan biri saxlanılıb
15 Mar 2025 11:15

Ən çox axtarılan rumın cinayətkarlarından biri Moskvada saxlanılıb. Bu barədə Rusiya mediası məlumat yayıb.


Qeyd edilib ki, Moskva məhkəməsi İnterpol Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilmiş rumıniyalı Vasile Rodidealı həbs edib. Məlumatda onun yaxın vaxtlarda ekstradisiya ediləcəyi bildirilir. O da bildirilib ki, həmin şəxs öz ölkəsində də axtarışa verilib.


"Paytaxt məhkəməsi onu fevralın sonunda Rumıniya hüquq-mühafizə orqanlarına təhvil vermək üçün həbs edib. Rodial mütəşəkkil cinayətkar qrup yaratmaq və saxlamaqda, döyüş silahı üçün nəzərdə tutulmuş sursatları qanunsuz saxlamaqda və saxta pul əldə etməklə cinayətlər törətməyə təhrik etməkdə təqsirli bilinərək 12,5 il müddətinə azadlıqdan məhrum edilib", - "Gazeta" yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada