Emoməli Rəhmon Azərbaycana yola düşdü

Emoməli Rəhmon Azərbaycana yola düşdü
09:36

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.

News365.az-ın tacik liderinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Emoməli Rəhmonun səfəri zamanı onu xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət naziri, nəqliyyat naziri və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, ECO liderlərinin sammiti bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayır.

Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.


Sizin reklam burada
Sizin reklam burada