"Əlim Paşinyanın arvadının əli kimi qana batmayıb" - Eməni siyasətçi

"Əlim Paşinyanın arvadının əli kimi qana batmayıb" - Eməni siyasətçi
13:10

Ermənistanın baş naziri Nikl Paşinyanın həyat yoldaşı Anna Akopyan daha bir siyasətçini təhqir edib. O, sosial şəbəkə hesabında paylaşım edərək Tiqran Vardanyanın müharibə çağırışlarını pisləyib, onu həşəratla müqayisə edib. Vardanyanın Ermənistanın birinci xanımına cavabı da özünü çox gözlətməyib. Onun fikirlərini "Mamul" nəşri dərc edib.

Siyasətçi deyib: “Anna Akopyan, əvvəla məni blokdan çıxarın ki, biz sakit, normal ünsiyyət qura bilək. İndi isə keçək əsas məsələyə. Cavabımın əsas hissəsinə Mark Tvenin bu fikri ilə başlamalıyam - "Axmaqlarla heç vaxt mübahisə etmə. Əks təqdirdə sən də onların səviyyəsinə düşəcəksən və onlar səni öz təcrübələri ilə əzəcəklər". Buna görə də sizinlə mübahisə etmək istəmirəm. Amma statusuna cavab verməli olacağam. Yeri gəlmişkən, “bit” sözünə də cavab verməyəcəyəm. Çünki camaat özü statusunuzda sizə cavab verir. Dİgər tərəfdən, Anna ən azından mənim əllərim səninki kimi qana batmayıb, qan içində deyil. O ki qaldı müharibədən danışmağıma, inanın ki, mən bu haqqı qazanmışam".

Qeyd edək ki, Anna Akopyan son zamanlar bir neçə status yazaraq ayrı-ayrı müxalifətçilər haqqında təhqiramiz ifadələr işlədir.

Tural


Sizin reklam burada
Sizin reklam burada