Əhalinin NƏZƏRİNƏ! Mayın 1-dən...

Əhalinin NƏZƏRİNƏ! Mayın 1-dən...
11:04

Mayın 1-dən “e-bülleten” sisteminə keçilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.

News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB birgə məlumat yayıb. 

Qeyd olu nub ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, tətbiq edilən innovativ yenilik olaraq, bu il mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSM-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

Məlumatda qeyd olunub ki, “e-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.


Sizin reklam burada
Sizin reklam burada