Tarixçi alim Zaur Əliyev News365.az-a bildirib ki, Əfşarlar imperiyası zamanı bir qrup əfşar Əfqanıstanı özlərinə yurd ediblər. Orada Əfşar dövlətinin ləyaqətli təmsilçiləri olublar. O vaxtan 300 ilə yaxın keçsə də Əfqanıstanda böyük sayda Əfşar tayfasından olan soydaşlarımız var. Onlar bu gün də Azərbaycan dilini və dəyərlərini qoruyub saxlayırlar.
Əfqanıstanda "Əfşar Ulduzu" adlı mərkəz yaradılıb və burada əfşar və qızılbaşların davamçılarına Azərbaycan tarixi və dili dərsləri keçirilir. İlk şagirdlərin sayı 60 nəfərdir.