Abşeronda 59 yaşlı qadını avtomobil vurub

Abşeronda 59 yaşlı qadını avtomobil vurub
26 Yan 2025 08:53

Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İsmayılova Yeganə Hüseyin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada