Düzgün ixtisas seçimi əmlak bazarında böyük perspektiv vəd edir- EKSPERT

Düzgün ixtisas seçimi əmlak bazarında böyük perspektiv vəd edir- EKSPERT
09:33

“Hər il olduğu kimi bu dəfə də təkcə yaxınlarım yox, sosial şəbəkələr üzərindən yazaraq müraciət edən və digər dolayı yollarla nömrəmi əldə edib zəng edən tanımadığım insanların heç birinin müraciətinə "yox" demədim. İxtisas seçimi üçün müraciət edilən bütün gənclərin ixtisas seçimində tam təmənnasız kömək etdim. Dünən gecədən bəri isə aldığım saysız təşəkkür mesajları və zəngləri mənə böyük sevinc yaşatmaqdadır”.

Bunu News365.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, 202-dən 630 bala qədər nəticə göstərən onlarla gəncin hər biri qəbul aldı:

“Əminəm ki bu sadəcə qəbul deyildı. Onlar topladıqları balın imkan verdiyi gələcəkdə əmək bazarında ən yaxşı perspektiv vəd edən ixtisaslarına yönləndilər.

Hər il onlarla gəncin düzgün ixtisas seçiminə dəstək verə bilmək fürsətim olduğu üçün özümü xoşbəxt hiss edirəm.

Sonda qəbul qazanmış bütün Azərbaycan gənclərini və onların sevinc içində olan valideynlərini səmimi qəlbdən təbrik edirəm!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada