2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə news365.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".