Suriyanın keçmiş lideri Bəşər Əsədin prezident sarayını ələ keçirən silahlılar onun şəxsi kabinetində psixi pozğunluqlar üçün yazılan dərmanlar aşkar ediblər.
News365.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, Əsədin şəxsi əşyalarından narahatlıq və yuxusuzluğu müalicə etmək üçün reseptlə satılan "benzodiazepin" tabletləri tapılıb.
Bundan əlavə, vəzifəsini tərk edən Əsədin kitab və sənədləri arasında “ Rusiya Silahlı Qüvvələrinin tarixi ”, Suriyanın şimal-şərqinin xəritəsi və eks-prezidentin özünün tərcümeyi-halı olub.
Qeyd edək ki, dekabrın 8-də silahlı müxalifət və “ Həyat Təhrir əş-Şam” silahlılarının Dəməşqə daxil olub prezident sarayını zəbt etməsindən sonra Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib.