Noyabr ayının 6-da News365.az-da "Sahibsiz itlərdən, bərbad yollardan əziyyət çəkən masallılar - Onları eşidən olacaqmı?" bu başlıqda yazı dərc olunmuşdu. Yazıda sakinlərin yolla bağlı şikayətləri yer almışdı.
Məsələ ilə bağlı Masallı rayonu İcra Hakimiyyətinə sorğu göndərdik. Bu gün sorğumuza cavab gəlib. İcra Hakimiyyətinin əməkdaşı Qəşəm Hadıyev bildirib ki, problem öz həllini tapıb:
"Artıq küçə başdan-başa asfaltlanıb".
Vəfa Vəliyeva, News365.az