Belə olarsa, Suriya parçalanacaq - Blinken

Belə olarsa, Suriya parçalanacaq - Blinken
11 Dek 2024 23:59

ABŞ bütün Suriya icmalarını vahid ölkədə birləşdirməkdə maraqlıdır.

News365.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrində deyib.

"Mən həqiqətən ümid edirəm ki, indi Suriyanı son onilliklərin fəlakətli vəziyyətindən çıxarmaq üçün bir fürsət var və biz hər kəsi əhatə edən və hamını bir araya gətirən siyasi keçid əldə edəcəyik. Biz bunda maraqlıyıq", - Blinken vurğulayıb.

Blinken qeyd edib ki, əks halda Suriya parçalanacaq, böyük miqrasiyaya səbəb olacaq və ölkə ərazisi terrorizm və ekstremizm mərkəzlərinə çevriləcək.


Youtube kanalımız