"Qarabağ” hücumda təhlükəlidir - Qasım

"Qarabağ” hücumda təhlükəlidir - Qasım
11 Dek 2024 23:40

“Qarabağ”la oyuna hazırıq.


News365.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq" komandasının futbolçusu Əhməd Qasım UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”la keçirəcəkləri VI turun oyunu barədə danışarkən deyib.


“Oyunumuzda yüksək intensivliyi qoruyub saxlamalıyıq. “Qarabağ” ciddi komandadır. Rəqib hücumda təhlükəli mübarizə aparır. Bu, ilin ən vacib oyunudur. Əgər pley-offda oynamaq istəyiriksə, qalib gəlməliyik”, - Ə.Qasım bildirib.


Qeyd edək ki, “Elfsborq”-“Qarabağ” oyunu dekabrın 12-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Youtube kanalımız