Rus dili imtahanından kəsilən və məktəbə qəbul olunmayan miqrant uşaqları “doğma kəndlərində nənələrinin yanına” göndərilməlidir. Bu barədə Qazeta.Ru-ya Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev məlumat verib. O qeyd edib ki, belə uşaqların valideynlərinə qarşı düzgün tərbiyə göstərilməməsi ilə bağlı protokollar tərtib edilməli, iki dəfə qanun pozuntusundan sonra böyüklər də “evə göndərilməlidir”.
"İmtahandan kəsilən uşaqlara nə etmək lazımdır? Onlar evlərinə, nənələrinin yanına, doğma kəndlərinə göndərilməlidir. Uşaqların düzgün tərbiyə edilməməsinə görə valideynlərin məsuliyyəti var - bu, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.35.1-ci maddəsi ilə tənzimlənir. Buna əsasən, ötən il Daxili İşlər Nazirliyi minlərlə məktəbə getməyən uşağın valideynlərinə qarşı protokol tərtib edib. Övladları imtahandan keçməyən miqrant valideynlərə münasibətdə isə, əgər müəyyən müddətdən sonra üzrlü və ya digər səbəbdən asılı olmayaraq, hələ də onun ölkədə olması və təhsil müəssisəsinə getmədiyi məlum olarsa, bu aktlar tərtib edilməlidir. Əgər bir il ərzində iki belə akt tərtib edilərsə, həmin valideynlər də Rusiyadan deportasiya edilməlidirlər”,- o deyib.
Tural