Donor olmaq istəyən deputatlar var - Komitə sədri

Donor olmaq istəyən deputatlar var - Komitə sədri
12:41

Bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir.

News365.az xəbər verir ki, bu sözləri bu gün "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" adlı elmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı:

"Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb".


Sizin reklam burada
Sizin reklam burada