DEM Partiyanın İmralı heyəti MHP lideri Bahçelini ziyarət etdi

DEM Partiyanın İmralı heyəti MHP lideri Bahçelini ziyarət etdi
16:15

PKK-nın silah buraxmasının ardından siyasi partilərlə görüşlərini davam etdirən DEM Partiyanın İmralı heyəti bu gün MHP lideri Dövlət Baxçalini ziyarət edib.

Heyətdə Pərvin Buldan, Mithat Sancar və Faik Özgür Erol yer alıb. Görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub və mətbuat üçün qapalı keçirilib. MHP lideri Dövlət Baxçalı heyəti şəxsən qarşılayıb.

Görüşdən sonra açıqlama verən Pərvin Buldan bu sözləri deyib:

“Bugün önəmli bir görüşmə daha keçirdik. Səhər saatlarından bəri apardığımız danışıqların üçüncüsü MHP lideri cənab Dövlət Baxçalı ilə oldu. Bizləri qəbul etdiyi üçün ona xüsusi təşəkkür edirik. Görüş çox müsbət və faydalı keçdi. Mövcud proseslə bağlı qarşılıqlı fikir mübadiləsi apardıq. Cənab Baxçalının bu prosesə dair müsbət və konstruktiv fikirlərini bir daha eşitdik. Bu mərhələdən sonra həm MHP lideri ilə, həm də digər müxalifət partiyaları və Cümhur İttifaqının digər təmsilçiləri ilə görüşlərimiz davam edəcək.”


Sizin reklam burada
Sizin reklam burada