Daşnak deputat Paşinyanı devirmək planlarından danışdı

Daşnak deputat Paşinyanı devirmək planlarından danışdı
09:30

Radikal fikirləri və revanşist  çağırışları ilə seçilən daşnaklar yenidən fəallaşıblar. Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü, "Daşnaksütyün" partiyasının funksioneri İşxan Saqtelyan yenidən ölkədə inqilab həyata keçirməklə bağlı planlarından danışıb.

O, “24News”un efirində çıxışı zamanı deyib ki, baş nazir Nikol Paşinyanı impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırmaq üçün elə bir aksiyaları formalaşdırmaq lazımdır ki, onlar məhz meydanlarda, küçə aksiyalarında xaos yaratmaqla uğur qazana bilsinlər: "Yəni impiçment üçün vəziyyəti bu yolla yetkinləşdirib məqsədə çata bilərik”

O, vurğulayıb ki, mövcud hakimiyyətə qarşı real əks çəki, yəni bərabər güc yaratmaq lazımdır ki, ölkədə bir növ ikili hakimiyyət olsun, dövlət idarəçiliyi sistemi iflic vəziyyətə düşsün: "İqtidarda olan Vətəndaş müqaviləsi partiyası deputatlarının və indiki hökumətin nə etməli olduğunu küçələrdə diktə etməyə başlamalıyıq. Küçələrə çıxmaq və son uğura nail olmaq üçün indiyə qədər edə bilmədiklərimizi etməliyik: real əks çəki formalaşdırmalı və güc toplamalıyıq. Hazırda bir şeyi müşahidə edirəm ki, gördüyümüz işlər yekun uğura nail olmaq üçün kifayət etmir. Çünki bu dəfə həqiqətən də hər şeyi sona çatdırmağı bacarmalıyıq", - radikal daşnak deputat qeyd edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada