Daha bir Kursk dəhşəti: Bütöv briqada məhv edilib

Daha bir Kursk dəhşəti: Bütöv briqada məhv edilib
11:30

Ukrayna Silahlı Qüvvələrinin (VSU) 95-ci briqadasının bütün bölmələri Kursk vilayətinin Sudja rayonunun Rubanşçina kəndində rus hərbçiləri tərəfindən məhv edilib. Bu barədə TASS-a Rusiya hərbçiləri məlumat verib.

Onlar bəyan ediblər ki, Ukrayna Silahlı Qüvvələri Rubanşina bölgəsi uğrunda gedən döyüşlərdə şiddətli müqavimət göstəriblər.

Rubanşina Sudja-Yunakovka magistralının yaxınlığında yerləşir, ukraynalı hərbçilər buradan hərbi texnikanı çıxarmaq üçün istifadə etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Rusiya artilleriya və dron operatorları Ukraynanın bütün zirehli döyüş maşınlarını, zirehli personal daşıyıcılarını və pikap avtomobillərini məhv ediblər.

Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada