Son günlər gündəmi zəbt edən Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlünün ərazidən keçərkən yolda baş verən çökmə nəticəsində kanalizasiya xəttinə düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
News365.az xəbər verir ki, sosial şəbəkələrdə hadisə anının yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, 27 yaşlı gənc kanalizasiya xəttinə lükün qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
AzTV-də sözügedən hadisə ilə bağlı ərazidən süjet yayımlanıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.
Qeyd edək ki, Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.
Sözügedən görüntüləri təqdim edirik: