Ukraynada qısamüddətli atəşkəs ABŞ-nin maraqlarına xidmət edir və bu Rusiyanın narahatlığını aradan qaldırmır. Bu fikri Rusiya mediasına açıqlamasında Şərqi Çin Pedaqoji Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin eksperti Qou Liu deyib.
"ABŞ və Ukrayna arasında müvəqqəti atəşkəs haqqında razılaşmalar Rusiya-Ukrayna münaqişəsinin həlli məqsədinə xidmət etmir. Lakin bu plan ABŞ-nin maraqlarını maksimum dərəcədə təmin etməyə yönəlib", - Qou Liu deyib.
Ekspert xatırladıb ki, Tramp birtərəfli qaydada Ukrayna ilə razılığa gəlib və bundan əvvəl də Rusiya Federasiyasına qarşı təhdidlər edib. Analitikin fikrincə, müvəqqəti atəşkəsin uzunmüddətli atəşkəsə çevrilməsi Trampın maraqlarına uyğundur, lakin bu, Moskvanın axtardığı həll yolu sayılmır.
Martın 13-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynada atəşkəs təklifi ilə razıdır. Lakin Kreml rəhbərinin fikrincə, hadisələrin belə nəticələnməsi yalnız uzunmüddətli sülhə gətirib çıxarmaq şərti ilə mümkündür. Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs ideyası bir sıra nüansları nəzərə almalıdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural