Çin nadir metalların ABŞ-a ixracını dayandırdı

Çin nadir metalların ABŞ-a ixracını dayandırdı
12 İyn 2025 00:00

Çin nadir metalların ABŞ-a ixracı üçün lisenziyaların qüvvədə olma müddətini 6 ay müddətinə məhdudlaşdırıb.


News365.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, müvafiq lisenziyaların verilməsinə Çin Prezidenti Si Szinpin və ABŞ Prezidenti Donald Tramp tərəfindən ticarət sazişi imzalandıqdan dərhal sonra başlanılacaq.


Qeyd edək ki, ABŞ və Çin iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənməli olan ticarət razılaşmasına nail olub.


Sizin reklam burada
Sizin reklam burada