Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sen 2024 22:30

"Birbaşa Bakı" minifutbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

News365.az bildirir ki, "Report"un məlumatına görə, komanda 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita" ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (2:1) Azərbaycan təmsilçisi növbəti raunda yüksəlib.

Qeyd edək ki, "Birbaşa Bakı" 1/4 finalda ölkənin digər komandası “AzNur”u məğlub etmişdi - 1:0.


Youtube kanalımız

Oxşar xəbərlər